10.06.2021
Turqay Akif oğlu Bədəlov 06 Oktyabr 1986-cı ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur.
Binəqədi rayonu 3 saylı orta məktəbini bitirdikdən sonra 2004-2008-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq Əlaqələr və Regionşünaslıq (Bolqarşünaslıq) ixtisası üzrə ali təhsil almışdır.
Universiteti bitirdikdən sonra 2008-2009-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 2010-cu ildə “Azəreneji” ASC-də mühəndis kimi başlamış və 2013-cü ilə qədər fəaliyyətini orada davam etdirmişdir. 2013-cü ildən etibarən Qafqaz Universitetində Daimi İnkişaf Mərkəzinin koordinatoru kimi fəaliyyətə başlamış və 2015-ci ildə, Avrora Şirkətindən gələn iş təklifi üzrə Təlim və İnkişaf mütəxəssisi kimi fəaliyyətini davam etdirmişdir. 2016-ci ildə Avrora şirkətindən ayrılmışdır.
2017-2018-ci illərdə British Academy Azerbaijan təhsil şirkətində menecer işləmişdir. 2018-ci ildən etibarən “Veysəloğlu” şirkətlər qrupunda Təlimçi kimi fəaliyyətə başlamış və hazırda “Veysəloğlu” şirkətlər qrupuna aid olan “ARAZ Supermarket” MMC-də Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərir, eyni zamanda Satış və Müştəri Məmnuniyyəti üzrə təlimçidir.
Ailəlidir, 1 qız övladı var.