09.06.2021
Ramil Zakir oğlu Bədəlov 15 Avqust 1986-cı ildə Gürcüstanda, Bolnisi rayonunda anadan olmuşdur. Bakı şəhər 3 nömrəli orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə “Xəzər Universiteti”nin “İqtisadiyyat və Menecment” fakültəsində, Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə ali təhsil almışdır.
2008-ci ildə Birləşmiş Krallıqlara bağlı olan Moore Stephens Audit şirkətinin Azərbaycandakı ofisində auditor olaraq karyerasına başlamışdır. 2011-ci ildən isə gəlirlərinə görə dünyanın ən böyük 10 audit şirkətlərindən biri olan Baker Tilly şirkətində iş həyatını davam etdirməkdədir. 2020-ci ildən etibarən bu şirkətdə Audit Direktor vəzifəsində çalışmaqdadır.
2015-ci ildə 4 illik təhsil proqramı nəticəsində Böyük Britanıyanın LSBF (London School of Business and Finance) Universitetinin ACCA (Association of Chartered Certified Accountants) diplomunu əldə etmişdir. Eyni zamanda, 2020-ci ildən etibarən ABŞ-ın Florida Ştatında yerləşən IIA İnstitutunun (İnstitute of İnternal Auditors) və Virginiya Ştatında yerləşən CFA İnstitutunun (Chartered Financial Analyst) üzvüdür.
2015-ci ildən etibarən ölkədə fəaliyyət göstərən müxtəlif təhsil mərkəzlərində, beynəlxalq maliyyə hesabatları standartları, mühasibat uçotu və audit fənnlərini tədris etməkdədir.
Ailəlidir, biri oğlan və biri qız olmaqla 2 övladı var.