0504701716

0506133565

Rəhbər şəxslər
|

Veysəlov Nəriman Mikayıl oğlu (sədr)

09.06.2021

Veysəlov Nəriman Mikayıl oğlu 1960-cı ildə noyabr ayının 30-a Gürcüstanda Bolnisi rayonunun Kəpənəkçi (Kvemo-Bolnisi) kəndində anadan olmuşdur. 1967-ci ildə 1-ci sinifə getmiş, 1977-ci ildə orta məktəbi bitirmişdir.

1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş, 1982-ci ildə sənaye və mülki tikinti mühəndisi ixtisasına yiyələnmişdir.

 

1982-ci ildə təyinatla Rusiya Fedarasiyasında əmək fəaliyyətinə başlamış və həmin ildə hərbi xidmətə çağırılmışdır.  Hərbi xidmətdən sonra Bakı Baş Tikinti idarəsində işə qəbul olmuşdur. Müxtəlif illərdə tikinti ustası iş icracısı, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu idarəsində iş icraçısı vəzifəsində əmək fəyaliyyətinə başlamışdır. 2005-ci ildə özəl tikinti şirkətində yüksək mərtəbəli binaların tikintisində iş icraçısı işləmişdir. Hal-hazırda “AZTIMONT” ASC-də sədr vəzifəsində işləyir.

 

Nəriman müəlim ailəlidir, iki oğlu, 6 nəvəsi var.

 

Həyat yoldaşı 1965-ci il təvəllüdlü Veysəlova Nəzakət, Bakı şəhəri 246 saylı məktəbdə müəllimə işləyir.

1987-ci il təvəllüdlü böyük oğlu Orxan, Türkiyənin Ankara şəhərində Uzman Həkim ixtisası üzrə təhsilini davam etdirir.

1989-cu il təvəllüdlü kiçik oğlu Turan, Baş Mühasib vəzifəsində çalışır.

 

118 KB