08.06.2021
İlqar Kərəm oğlu Veysəlov 26 may 1969-cu ildə Gürcüstanda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd 1 saylı orta məktəbini bitirdikdən sonra 1986-1987-ci illərdə Kənd Sovetinin Deputatı seçilmişdir. 1987-1989-cu illərdə Hərbi Xidmətdə olmuşdur.
1989-1995-ci illərdə Rusiyanın Tver Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Menecment ixtisası üzrə ali təhsil almışdır.
Ali təhsilini bitirdikdən sonra Azərbaycana gəlmiş və “Star” firmasında bölmə rəisi vəzifəsində işə başlamışdır. 2001-2011-ci illərdə “Cənnət” şadlıq sarayında rəhbər vəzifədə çalışmışdır.
2011-2020-ci illərdə “AzSamand” servisdə müdir müavini vəzifəsində çalışmış və hal hazırda həmin servisdə müdir olaraq çalışmaqdadır.
Ailəlidir, 1 oğlu və 2 qızı, 1 nəvəsi var.