08.06.2021
Turan Akif oğlu Bədəlov 04 iyul 1985-ci ildə Gürcüstanın Bolnisi rayonu, Kəpənəkçi kəndində anadan olmuşdur.
1992-1997-ci il Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 saylı orta məktəbdə təhsil almış, daha sonra 1997-2003-cü illərdə təhsilini Binəqədi rayonu 276 saylı orta məktəbdə davam etdirmişdir.
2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin, Maliyyə və kredit ixtisası üzrə ali təhsil almışdır.
2007-2008-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur.
2008-ci ilin avqust ayında “Azərenerji” ASC-nin “Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-də mühasib kimi işə başlamışdır.
2009-2014-cü illərdə “Azərenerji” ASC-nin baş idarəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işini davam etdirmişdir.
2014-2018-ci illərdə “Azərenerji” ASC-nin İqtisadiyyat şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır.
2018-2021-ci illərdə Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Turan bəy 2021-ci ilin aprel ayından hal hazıradək “Azərenerji” ASC-nin Maliyyə Departamentində baş mühasibin müavini vəzifəsində çalışır.
Ailəlidir, 2 oğul övladı var.