14.06.2021
Kənd klubunun yaranması tarixi ilə bağlı bir sıra məlumatlara rast gəlirik.
Məmmədov Səhrab müəllimin dediyinə görə Kəpənəkçidə ilk dəfə məscidin tikilməsi Bayram ağanın qızı, İsrafil bəyin həyat yoldaşı Xeyransa xanım atasının rəhmətinə XIX ərsin axırına yaxın tikdirmişdir. Məsciddə Yusuf əfəndi, Yunus əfəndi, Molla Musa əfəndi, Molla Osman, Molla Mahmud Mehdiyev fəaliyyət göstərmişdilər.
Məsciddə ilk dəfə əzan çəkən müəzzin Veysal oğlu Nəzik Musa olub. Məscid Sovet dövründə bağlanıb dini kitablar yandırılıb, itib batıb. 1946-cı ildə Molla Osman əfəndinin rəhbərliyi zamanında Sovet hökuməti məscidi ondan alaraq taxıl anbarı kimi istifadə ediblər.
Daha sonra isə ora kino klub kimi istifadə olunub, Sovet hökuməti dağılandan sonra isə təmir olunaraq Kənd mədəniyyət evi kimi bu gün də istifadə olunur.